“Past”: Sektor diplomatiyası diplomatiyanın olmamasına bərabərdir

2022/05/timth-1652522900.jpg
Oxunub: 332     12:20     16 May 2022    
Qarabağ müharibəsinin ikinci mərhələsində Azərbaycanın qələbəsi noyabrın 10-da üçtərəfli atəşkəsin elan edilməsi ilə qeydə alınır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, Türkiyə və Azərbaycan öz beynəlxalq rıçaqlarından istifadə edərək sülh razılaşmasına nail olmağa çalışırlar.

“Belə bir şəraitdə Ermənistan tərəfinin Türkiyə-Azərbaycan tandeminin istəyini cilovlamaq üçün beynəlxalq ictimaiyyətin müvafiq dairələri ilə fəal işləməkdən başqa çıxış yolu yoxdur. Bizim üçün prioritet məsələ Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqların bərpa olunmasıdır ki, bu da hələlik baş vermir. Ümumiyyətlə bu kontekstdə Ermənistan tərəfdən çox incə diplomatik yanaşmalar tətbiq etmək lazımdır ki, Qərb-Rusiya münasibətlərinin kəskinləşməsi Qarabağ məsələsində də əksini tapmasın. Sektor diplomatiyası olmur, sektor diplomatiyası diplomatiyanın olmamasına bərabərdir. Eyni zamanda, diaspor erməni icmaları ilə fəal işləmək, onların vasitəsilə hərəkətləri əlaqələndirmək lazımdır. Əks halda belə çıxır ki, müxalifət və ayrı-ayrı şəxslər öz təvazökar imkanları ilə indiki iqtidardan daha çox iş görürlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   diplomatiya   Böhran  


Bizi "telegram"da izləyin