Erməni hüquq müdafiəçisi: “Cinayət işinə inanmıram, əsgərlərimizi intihar etmiş kimi qələmə verirlər”

2022/05/sdf45-1652522815.jpg
Oxunub: 274     12:06     16 May 2022    
“İstintaq Komitəsi bir günlük sükutdan sonra intihara səbəb olma maddəsi ilə cinayət işi açıb”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Janna Aleksanyan erməni hərbi qulluqçunun intihar etməsi ilə bağlı ölkənin İstintaq Komitəsinin məlumatını şərh edərkən deyib.

Aleksanyan qeyd edib ki, Ermənistan İstintaq Komitəsinin məlumatına şübhə ilə yanaşır.

“Hələ ailə ilə görüşməliyəm ki, məlumatım tam olsun, amma İstintaq Komitəsinin başlatdığı cinayət işinə inanmıram. Açıqlamada cinayət işinin hansı gündə başlandığı göstərilməyib. Aydınlaşdırdım ki, hadisə işin başlanmasından bir gün əvvəl baş verib. Təşkilatımız intiharla bağlı çoxsaylı cinayət işlərini araşdırıb, bunun intihar olmadığına dair danılmaz sübutlar olduqda heç nə dəyişməyib. İşləri dayandırıb kənara qoyurlar”, - deyə o bildirib.

Erməni hüquq müdafiəçisi vurğulayıb ki, erməni əsgərləri intihar etmiş kimi qələmə verirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İntihar  


Bizi "telegram"da izləyin