“Freedom House”: Ermənistan polisini etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməkdən çəkinməyə çağırırıq

2020/01/93819-1579087932.jpg
Oxunub: 533     20:15     14 May 2022    
“Ermənistanda nümayişlər zamanı jurnalistlərə, ictimai xadimlərə və sadə vətəndaşlara qarşı zorakılıqdan narahatıq”.

Ordu.az xəbər verir ki, bu barədə “Freedom House”un “Twitter” səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.

“Biz insanları öz fundamental hüquqlarını dinc yolla həyata keçirməyə çağırırıq və polisi qeyri-mütənasib güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Ermənistan hakimiyyəti və müxalifəti vətəndaşların hüquqlarını demokratik prinsiplərə uyğun təmin etmək üçün zəruri olan demokratik və insan haqları institutlarının, o cümlədən vətəndaş cəmiyyəti və medianın rahat fəaliyyətinə hörmətlə yanaşmalıdır”, - deyə bəyanatda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zorakılıq  


Bizi "telegram"da izləyin