Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri anklavlarla bağlı təxribata əl atır

2020/05/22222-4771978239.jpg
Oxunub: 866     17:32     14 May 2022    
“Erməni tərəfi əvvəldən bildirib ki, demarkasiya və delimitasiya komissiyası çərçivəsində işləməyə hazırdır. Lakin vacib bir hal var: Azərbaycan xarici işlər nazirinin müavininin bəyanatı heç bir hüquqi sənədə əsaslanmayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan ölkənin İctimai Televiziyasında bildirib.

Onun sözlərinə görə, bu günə qədər Ermənistan ərazisində yerləşən hər hansı bir anklavla bağlı Ermənistana heç bir hüquqi əsaslandırma və ya hüquqi sənəd təqdim edilməyib.

“Proses başlayanda tərəflər bir-birinə iddiaları üçün hüquqi əsas təqdim etməlidirlər, çünki hüquqi əsas yoxdursa, deməli, iddia da yoxdur. Ermənistan tərəfi təbii olaraq (Azərbaycan – red.) xarici işlər nazirinin müavininə cavab verdi ki, Ermənistanda bizim ərazimizdə anklavların olması ilə bağlı heç bir sənəd yoxdur. Halbuki Azərbaycandakı anklavların hüquqi əsasları var. İndi danışıqlar başlayacaq, bu müddət ərzində hər bir tərəf əlində olanı təqdim edəcək. Bu günə qədər təqdim edilmədiyinə görə onları təqdim etmək üçün hər hansı bir hüquqi əsas olacağını düşünmürəm. Təqdim edəcəklər, müzakirə edəcəyik”, - deyə Marukyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marukyan   Ermənistan  


Bizi "telegram"da izləyin