Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, ötən gün axşam saatlarında Köçəryan və Sarkisyan görüşüblər və mübarizənin sonrakı gedişatı barədə geniş söhbət ediblər.
“Onların komandaları iki keçmiş və ya indiki döyüş yoldaşının nə barədə razılığa gəldiyindən xəbərsiz olub. Bəzilərinin fikrincə, ortaq məxrəcə gəlmək mümkün olub. Bəziləri bunu Artur Vanetsyanın ötən gün söylədiyi sözlərə, xüsusən də Arman Tatoyana ünvanladığı ifadələrə sübut hesab edib. Vanetsyan bildirmişdi ki, Tatoyan siyasətlə məşğul olmaq istəyirsə, ya Fransa meydanına gəlməlidir, ya da fəaliyyətinə başqa yerdən başlamalıdır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az