Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin keçmiş deputatı Vahram Atanesyan yazıb.
Atanesyan sual ünvanlayıb ki, “Bizim AİB ilə hətta ümumi sərhədimiz belə yoxdur” deyən Baş nazir Tiqran Sarkisyanı kim xatırlamır?
“Rusiyanın 2001-ci ildə Azərbaycanla iki ölkə arasında strateji əməkdaşlığı Qafqazda sabitliyin təminatı kimi təsbit edən bəyannamə imzaladığını kim bilmirdi? Kim bilmirdi ki, Qazaxıstan və Qırğızıstan türkdilli dövlətlərdir, Azərbaycanın sivil qardaşıdır? Kim bilmirdi ki, Belarus və Azərbaycan müttəfiqdir? Bütün üzvləri Bakının müttəfiqi olan bir struktur Ermənistana nə verməli idi?”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az