Erməni koordinator general haqqında: “Oqanovski cinayət törədib”

2022/05/12312-1652522144.jpg
Oxunub: 446     16:29     14 May 2022    
“Hər kəs öz əməlinə görə cavab verməlidir. Məhz bu əsas prinsiplə irəli getməliyik”.

Ordu.az xəbər verir ki, bunu “Helsinki təşəbbüsü-92” Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyan Qarabağdakı qanunsuz “hərbi birləşmənin komandirinin keçmiş müavini”, “Oqanovski” ləqəbli general-mayor Samvel Karapetyanın həbs edilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda ikili standartlar olmamalıdır.

Ohancanyan qeyd edib ki, sözlər səviyyəsində hər zaman qanun qarşısında hamının bərabər olduğu deyilib, amma praktikada bu prinsipə əməl olunmayıb.

“1992-1995-ci illərdə birinci müharibə zamanı belə hadisələr çox olub. Və nəhayət, Samvel Babayan presedentinə sahibik. O, Arkadi Qukasyana qarşı sui-qəsd təşkil edib, həmin terror aktında çoxlu əsgərlər, şərəfli insanlar iştirak edib. Bilirsiniz ki, o vaxt buna hüquqi qiymət verilib, məhkəmə həmin fəaliyyətin iştirakçılarını cəzalandırıb”, - deyə erməni koordinator bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin