“Düşənbə görüşü sıçrayış olmayacaq” - Tarasov

2022/05/s789d-1652521927.jpg
Oxunub: 409     16:05     14 May 2022    
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün mayın 12-13-də Düşənbədə olub.

Ordu.az xəbər verir ki, rusiyalı politoloq Stanislav Tarasovun sözlərinə görə, Düşənbə görüşü sıçrayış olmayacaq, lakin Azərbaycan-Ermənistan məsələləri ətrafında vasitəçiliyi Brüsselin, yoxsa Moskvanın həyata keçirəcəyi müəyyənləşəcək.

“Güman edirik ki, orkestrin dirijorunun kim olacağı, Moskva, yoxsa Brüssel olacağı nəhayət aydınlaşacaq? Bilirsiniz ki, bu müddət ərzində demarkasiya komissiyasının yaradılması ilə bağlı ziddiyyətli fikirlər səslənirdi. Bununla bağlı Brüsseldə razılıq əldə olunub. Brüsseldə elan olundu ki, sərhədlərin demarkasiyasına dəstək verməyə hazırdırlar, lakin bunun sərhədlərlə heç bir əlaqəsi yoxdur. Moskva xəritələr verə bilər, ona görə də onun vasitəçi kimi daha çox imkanları var. Tərəflər tələsir, Bakı və İrəvan tərəfindən mürəkkəb və ziddiyyətli bəyanatlar verilir”,- deyə Tarasov qeyd edib.

Rusiyalı politoloq bildirib ki, hətta analitiklər də indi çaşqınlıq içindədirlər.

O bildirib ki, hazırkı vəziyyət üçüncü tərəfin vasitəçiliyi olmadan tərəflərin razılığa gələ bilməyəcəklərini göstərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tarasov   Düşənbə  


Bizi "telegram"da izləyin