Erməni sədr müavini: “Minsk qrupu Paşinyanın qarşısına plan qoyub, lakin Paşinyan bunu rədd edib”

2021/02/7c395-1612261496.jpg
Oxunub: 635     15:57     14 May 2022    
“Qarabağ sülhü rədd etdi, bunu bir gün müharibə izləyəcəkdi”.

Ordu.az xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Minsk qrupu Paşinyanın qarşısına plan qoyub, lakin Paşinyan bunu rədd edib.

“ATƏT-in Minsk qrupu Paşinyanın qarşısına plan qoydu, beş rayonu təhvil vermək, ikisini “Dağlıq Qarabağ”la (qondarma qurum – red.) birlikdə saxlamaq”, - deyə Zurabyan qeyd edib.

Hərbi-siyasi məsələlər üzrə erməni ekspert Hraçya Arzumanyanın sözlərinə görə isə dünyada baş verən proseslər Ermənistana çatır, seçkiyə getməyə məcbur edir, əhali isə daxili çəkişmələrlə məşğul olur.

“Paşinyanın komandası Qarabağ məsələsini ayırmağa çalışır. Hakimiyyət başa düşmür ki, Qarabağ məsələsi Ermənistanın təhlükəsizliyinin tərkib hissəsidir. Qarabağ məsələsində konsensus formalaşmalıdır, çünki söhbət Ermənistanın suverenliyindən gedir”, - deyə Arzumanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin