Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın keçmiş kənd təsərrüfatı nazirinin müavini, erməni ekspert Qarnik Petrosyan deyib.
Onun sözlərinə görə, Azat su anbarında su keçən illə müqayisədə 6-7 milyon kubmetr azdır, İrəvan gölü isə demək olar boşdur.
Petrosyan su ehtiyatlarına ciddi yanaşmanın vacibliyini vurğulayıb.
“Əvvəlcə biz anbarları 100% doldurmalıyıq, sonra SES-in işləməsi barədə düşünməliyik”, - deyə erməni ekspert qeyd edib.
Petrosyan əlavə edib ki, müxtəlif səbəblərdən həmişə su anbarlarının doldurulmasına töhfə verilmir.
Alpər Mövludoğlu
Ordu.az