Ermənistan MTX-yə əlavə 333,6 milyon dram ayrılıb

2020/10/13174-1603088731.jpg
Oxunub: 230     15:36     14 May 2022    
Ermənistan hökuməti mayın 13-də keçirilən iclasında daxili təhlükəsizliyi gücləndirmək üçün 333,6 milyon dramın ayrılması barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu əlavə maliyyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə veriləcək.

Qeyd olunan məbləğin yalnız 14 milyonu kəşfiyyat, əks-kəşfiyyat, hərbi əks-kəşfiyyat, cinayətkarlıqla mübarizə, dövlət sərhədinin mühafizəsi işlərinin təşkilinə, qalan məbləğ isə texniki təchizatın təkmilləşdirilməsinə yönəldiləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin