Ermənistan Ombudsmanı: “2021-ci ildə orduda intiharların sayı artıb”

2022/05/88506-1652521652.jpg
Oxunub: 293     14:47     14 May 2022    
“2021-ci ildə orduda intihar və özünə zərər vurma halları artıb ki, bunu da son faciəvi hadisə sübut edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili Kristine Qriqoryan deyib.

O qeyd edib ki, ombudsman bu mövzuda mütəmadi olaraq məruzələrlə çıxış edir.

Qriqoryan bildirib ki, hərbi ombudsmanın tətbiqi məsələsi müzakirə olunub.

“Hazırda mən hazırkı ombudsman institutunun imkanlarının inkişafına daha çox vəsait yatırmağı, daha sonra ayrıca ofis yaratmaq barədə düşünməyi zəruri hesab edirəm”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   İntihar  


Bizi "telegram"da izləyin