Türkiyə PA-nın rəsmisi: "Müharibədə informasiya cəbhəsində də Azərbaycanın yanında olduq”

2021/11/1ee72-1636376443.jpg
Oxunub: 309     12:41     14 May 2022    
“Türkdilli dövlətlərə qarşı dezinformasiya müharibəsi aparılır”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.

“Dezinformasiyaya qarşı birlikdə mübarizə apardıq. Regional həmrəylik indi çox mühümdür. Bu gün beynəlxalq müstəvidə Türdilli dövlərlərə qarşı informasiya müharibəsi və dezinformasiya bombaları işə salınıb. Dəyişməyən yeganə şey həqiqətdir. Biz hər zaman olduğu kimi yenə həqiqəti müdafiə etməyə davam edəcəyik" , - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   TDT   Türkiyə  


Bizi "telegram"da izləyin