Rusiya İsveç və Finlandiyanın NATO-ya qoşulmasının nəticələri barədə xəbərdarlıq edib

2022/04/625c0-1650203425.jpg
Oxunub: 449     12:12     14 May 2022    
"NATO-ya qoşulmaq İsveç və Finlandiyanın maraqlarına cavab vermir. Bu, yalnız Şimalın militarizasiyasına gətirib çıxaracaq".

Ordu.az xəbər verir kl, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Əminik ki, bu, nə İsveç və Finlandiyanın maraqlarına, nə Avropanın təhlükəsizliyinin və sabitliyinin qorunması maraqlarına, nə də regional sabitliyin maraqlarına cavab verən yeni reallıqdır. Bu, yalnız Şimalın militarizasiyasına gətirib çıxaracaq, hansı ki, bu yaxınlara qədər Avropanın hərbi baxımdan ən dinc zonası olub, burada hərbi sahədə rəqabətdən çox əməkdaşlığa üstünlük verilib. İndi mənzərə kökündən dəyişəcək”, - deyə rusiyalı diplomat vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Finlandiya   İsveç  


Bizi "telegram"da izləyin