Almaniya Finlandiya və İsveçin təhlükəsizliyinə təminat verə bilər

2022/03/1646755647.jpg
Oxunub: 290     11:33     14 May 2022    
“Almaniya və NATO-ya üzv başqa dövlətlər NATO-ya üzv olanadək İsveç və Finlandiyanın təhlükəsizliyinə təminat verə bilər”.

Ordu.az xəbər verir ki, bunu Almaniya Bundestaqının (parlamentinin) Xarici siyasət məsələləri üzrə komitəsinin sədri Mixael Rot Alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

“İsveç və Finlandiyanın NATO-ya üzvülüyünə Rusiyanın təcavüzkar ritorika və təxribatla reaksiya verməsi mümkündür. Hər iki ölkə Almaniyanın dəstəyinə arxalana bilər”, - o vurğulayıb.

Qeyd edək ki, Mixael Rot hakim Almaniya Sosial-Demokrat Partiyasının üzvüdür.

Mayın 15-16-da İsveç və Finlandiya üzvlüklə bağlı NATO-ya rəsmi müraciət edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   NATO  


Bizi "telegram"da izləyin