Müharibə Araşdırmaları İnstitutu: Ukrayna SQ Xarkov döyüşündə qalib gəlib

2022/05/SBVZ5-1652511716.jpg
Oxunub: 768     11:11     14 May 2022    
Ukraynanın əks-hücumları qarşısında Rusiya ordusu Xarkov ətrafındakı mövqelərini tamamilə geri çəkməyə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ABŞ) yeni hesabatında deyilir.

Rusiya birlikləri bir neçə istisna olmaqla, son bir neçə gün ərzində Ukrayna qüvvələrinə əks-hücum keçirməyə cəhd etməyib.

Göründüyü kimi, Moskva nizamlı geri çəkilməyə diqqət yetirir və şəhər yaxınlığında mövqelərini saxlamağa çalışmaqdansa, hərbçiləri geriyə çəkməyə üstünlük verir.

Beləliklə, Ukraynanın Xarkov uğrunda döyüşdə qalib gəldiyi görünür.

“Ukrayna qüvvələri rus qoşunlarının Kiyevi ələ keçirməyə cəhd göstərdiyi kimi, Xarkovu tutmaq bir yana, mühasirəyə almasına da mane olub, sonra isə onları şəhərdən qovub”, - deyə məlumatda bildirilir.

Bildirilib ki, Popasnadan şimala doğru irəliləyən rus qoşunları son sutka ərzində ciddi irəliləyiş əldə etməyiblər.

Hesabata əsasən, şimaldan cənuba yürüş edən rus qoşunları Severski Donets çayını keçə bilməyib və bu zaman ciddi itki verib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun ekspertləri hesab edirlər ki, Ukraynada hərbi əməliyyatların yeni mərhələsinin inkişafı üçün 3 yol var: “Rusiya ya işğal olunmuş ərazilərin ilhaqı barədə qərar qəbul edəcək, ya əlavə qoşunları səfərbər edəcək, ya da qeyri-real hərbi məqsədləri həyata keçirmək üçün cəhdlər göstərəcək və sonda Rusiya dağılacaq. Rusiya döyüşləri dayandırmasa, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını işğal olunmuş Donetsk və Luqanskdan sıxışdırıb çıxara və ya ən azı fevraldan əvvəlki “DXR” və “LXR” sərhədlərinə qayıda bilər”.

Hesabatda, yazılıb ki, Rusiya qüvvələri ya Donbasda irəliləyişi dayandırıb, işğal etdikləri əraziləri özlərinə birləşdirməyə çalışacaq, ya da hərbi məğlubiyyətə düçar olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin