İsrail Suriyaya zərbə endirib, 5 nəfər ölüb

2020/04/22a66-1587445742.jpg
Oxunub: 288     09:11     14 May 2022    
Suriyanın mərkəzi hissəsindəki Masyaf şəhərinə raket hücumu olub.

Ordu.az “SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

İlkin məlumata görə, ölənlər arasında mülki vətəndaş da var. Raket hücumu ilə əlaqədar 7 nəfər yaralanıb.

Zərbədən sonra kənddə yanğın başlayıb.

Suriya mediası cümə günü baş verən hücumda İsraili günahlandırıb.

Qeyd edək ki, Suriya tez-tez İsraili öz ərazisinə hücumlarda ittiham edir.

İsrail Müdafiə Nazirliyi belə xəbərləri şərh etmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İsrail  


Bizi "telegram"da izləyin