Ukraynada bir milyon sakin səfərbər olunacaq

2021/04/donba-1617474685.jpg
Oxunub: 321     02:11     14 May 2022    
Rəsmi Kiyev Ukraynada bir milyon insanı səfərbər etmək istəyir.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov “Facebook” səhifəsində yazıb.

“Ukraynanın müdafiə potensialının artırılmasını təmin edəcək proseslərə başlanılıb. Biz Rusiyaya müqavimət göstərəcək bir milyon insanı səfərbər etməyə fokuslanmışıq”, - deyə Reznikov bildirib.

“Strana.ua” nəşri qeyd edir ki, Ukrayna hakimiyyəti ilk dəfə olaraq orduya səfərbər etmək istədiyi vətəndaşların sayını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin