ABŞ İranı nüvə sazişi ilə bağlı yekun qərar verməyə çağırıb

2021/08/ran-1628226460.jpg
Oxunub: 283     07:14     14 May 2022    
ABŞ İranı nüvə sazişinin bərpası ilə bağlı qərara verməyə çağırıb.

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib.

Rəsmi hesab edir ki, bu məsələ ilə bağlı razılaşma hələ də təmin edilməyib.

"İran razılaşmadan kənar şərtlərdə israr edib-etməyəcəyinə və tezliklə razılaşmaya nail olmaq barədə qərar verməlidir. ABŞ və onun tərəfdaşları buna çoxdan hazırdır. İndi iş İrandan asılıdır", - diplomat qeyd edib.

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar.

2018-ci ilin mayında ABŞ İrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

Hazırda İrana qarşı sanksiyaların ləğvi üçün Vyanada danışıqlar davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin