Ukrayna DİN: Rusiya müharibənin 3-cü mərhələsinə qədəm qoyub

2022/05/5G3TM-1652505246.jpg
Oxunub: 421     07:13     14 May 2022    
Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Viktor Andrusiv Ümumkrayna telemarafonunun efirində deyib.

Andrusiv qeyd edib ki, birinci mərhələ Ukraynanı "bir neçə günə ələ keçirmək cəhdi", ikincisi - Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınması idi.

“Bir mühasirə çox böyük planlaşdırılırdı, onu birbaşa Pavloqraddan kəsmək istəyirdilər, ikinci mühasirə Kramatorsk və Slavyansk ilə birlikdə planlaşdırıldı, indi isə son dərəcə kiçik bir mühasirə ilə qaldılar - əslində Severodonetsk və Lisiçansk, lakin onlar da bunu edə bilməzlər", - Andrusiv deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya qoşunları sərhədlərin müdafiəsi üçün hazırlaşmağa başlayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin