"Pentaqon Ukraynaya silah tədarükünü dayandıra bilər" - Kirbi

2022/04/62582-1649951631.jpg
Oxunub: 385     02:18     14 May 2022    
ABŞ Senatı Kiyevə yardım göstərilməsi layihəsini təsdiq etməsə, Pentaqon Ukraynaya silah tədarükünü dayandıra bilər.

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi brifinq zamanı deyib.

Kirbi deyib ki, ABŞ Senatı mayın 19-dək daha 40 milyard dolların ayrılmasını təsdiq etməlidir. Belə olan halda ABŞ-dan hərbi yardımlar fasiləsiz olaraq gələcək.

"Əgər biz səlahiyyətləri tezliklə əldə etməsək, yəqin ki, heç bir şeyin ötürülməyəcəyi bir qabarcıq yaranacaq. Və əmin olmaq istərdik ki, bunun qarşısını almaq olar", - Kirbi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin