Rusiya qoşunları Rubijne şəhərini ələ keçirib

2022/03/1646221331.jpg
Oxunub: 381     01:15     14 May 2022    
Rusiya qoşunları Ukraynanın Rubijne şəhərini ələ keçirib. Beloqorovkada itki verib, buna görə də bütöv bir batalyon artıq hücuma keçməkdən imtina edib.

Ordu.az xəbər verir ki, bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

"Rubijnedə, təəssüf ki, onlar demək olar, hər şeyə nəzarət edirlər - amma Milli Qvardiyaçılarımızın qoruduğu məhəllələrə üçüncü aydır daxil ola bilmirlər. Rubijnenin özündə vəziyyət mürəkkəbdir: su, qaz yoxdur. İşğalçıların fəxr etdiyi yeganə şey budur – bağladığımız xəstəxananı açmaları", - o deyib.

Qayday bildirib ki, Donetsk vilayəti ilə sərhəddə güclü döyüşlər gedir, Rusiya hərbçiləri Popasna və Beloqorovka istiqamətindən magistral yolu bağlamağa çalışırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin