Rusiya qoşunları Xarkovdan geri çəkilir

2022/04/55-1649701344.jpg
Oxunub: 276     23:35     13 May 2022    
Rusiya qoşunları Ukraynanın Xarkov şəhərindən geri çəkilir.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, Rusiya qoşunları bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib.

“Düşmən Slobojansk istiqamətində əsas səylərini Xarkov şəhərindən öz bölmələrinin çıxarılmasına yönəldib”, - məlumatda deyilir.

Bundan əlavə, Rusiya qoşunları Ukrayna Müdafiə Qüvvələri bölmələrinin İzyum yaxınlığında öz qrupunun arxasına keçməsinin qarşısını almağa çalışır: “Düşmən Petrovka, Pitomnik, Russki Tişki və Ternovoye yaşayış məntəqələri rayonlarında Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin