Britaniya ilə Norveç yeni birgə bəyannamə imzalayıb

2022/04/6249e-1650399023.jpg
Oxunub: 353     18:36     13 May 2022    
Bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson və onun norveçli həmkarı Yonas Störe "Dauninq Strit"də görüşüb.

Ordu.az xəbər verir ki, liderlər görüş çərçivəsində, Avropanın şimalındakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər və Boris Conson bu həftə Finlandiya və İsveçə səfərləri barədə norveçli həmkarına məlumat verib.

Onlar həmçinin, NATO müttəfiqlərinin Ukraynanı siyasi cəhətdən dəstəkləməsinin vacibliyi ilə bağlı razılığa gəlib, dayanıqlı enerji təchizatının artırılmasının əhəmiyyətini müzakirə ediblər. Boris Conson görüş zamanı Böyük Britaniya-Norveç münasibətlərinin, ölkələr arasında əməkdaşlığın əhəmiyyətini də qeyd edib.

Görüşdən sonra Boris Conson və Yonas Störe Böyük Britaniya-Norveç münasibətlərinə dair yeni birgə bəyannamə imzalayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Finlandiya  


Bizi "telegram"da izləyin