ABŞ, Finlandiya və İsveç liderləri NATO-ya üzvlüyü müzakirə edib

2022/02/IMG_2-1645732614.jpg
Oxunub: 353     19:02     13 May 2022    
ABŞ Prezidenti Co Bayden, Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Maqdalena Andersson arasında üçtərəfli telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti "Twitter"də bildirib.

“Biz Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı dərin narahatlığımızı bölüşdük. Finlandiyanın NATO üzvlüyü istiqamətində növbəti addımları barədə məlumat verdim.

Finlandiya ABŞ-ın bütün lazımi dəstəyini dərindən qiymətləndirir”, - Niinistö qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Finlandiya  


Bizi "telegram"da izləyin