ABŞ Ankaranın Finlandiya və İsveçin NATO-ya qoşulmasına müsbət yanaşmamasını şərh edib

2022/05/3824d-1652457123.jpg
Oxunub: 558     19:26     13 May 2022    
ABŞ rəhbərliyi İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünə müsbət yanaşmayan Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin Almaniya və Fransaya gözlənilən səfərinə həsr olunmuş xüsusi brifinqdə jurnalistlərə deyib.

O, bu həftə sonu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının keçiriləcəyini, Finlandiya və İsveçin xarici işlər nazirlərinin də dəvət olunduğunu xatırladaraq Türkiyənin mövqeyini aydınlaşdırmaq üçün çalışdıqlarını vurğulayıb.

Eyni zamanda K.Donfrid Türkiyənin mövqeyini şərh edərkən rəsmi Vaşinqtonun NATO-nun “açıq qapı” siyasətini, həmçinin Finlandiya və İsveçin Alyansa qoşulmaq niyyətini dəstəklədiyini bildirib.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən ölkəsinin Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyünə müsbət yanaşmadığını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin