Ukraynada müharibə başlayandan 1 200-dən çox uşaq itkin düşüb

2022/05/7c954-1652456902.jpg
Oxunub: 367     18:47     13 May 2022    
Rusiyanın genişmiqyaslı müharibəsi başlayandan indiyədək Ukraynada 1 214 uşaq itkin düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin uşaq hüquqları və reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk brifinqdə bildirib.

O, həmçinin bildirib ki, bu gün 90 uşaq axtarışdadır.

Bundan başqa, onun sözlərinə görə, 2 389 uşaq Rusiyaya aparılıb.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan indiyədək 226 uşaq ölüb, daha 417-si yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin