Ərdoğan: “Pençe Kilit” əməliyyatında 82 terrorçu məhv edilib”

2022/03/56362-1648217521.jpg
Oxunub: 233     16:10     13 May 2022    
PKK nədirsə, YPG də odur. Ounlar terror təşkilatıdır. Biz arxalarında kim olursa olsun, terrorla mübarizəmizi davam etdirəcəyik.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Amerika Birləşmiş Ştatları PKK-ya və Suriyanın şimalında olan bütün terror təşkilatlarına maddi və texniki dəstək verərək Türkiyənin bunu etməmək çağırışını cavabsız qoyub.

Bundan əlavə, Prezident Ərdoğan İraqın şimalında “Pençe Kilit” antiterror əməliyyatı nəticəsində 82 terrorçunun məhv edildiyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq  


Bizi "telegram"da izləyin