Bu il 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub

2022/05/627e4-1652447589.jpg
Oxunub: 324     16:46     13 May 2022    
Bu il 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub.

Ordu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi məlumat yayıb.

Şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində də müvafiq dəstəklə təminatı işləri davam edir.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub.

Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.

Həmin şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlər keçirilib. Təlimləri uğurla başa vurduqdan sonra seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özünüməşğulluq   Qazi  


Bizi "telegram"da izləyin