“Joğovurd”: Erməni hərbi qulluqçunun ölümü ilə bağlı həbslər gözlənilir

2019/11/zinvo-1574317949.jpg
Oxunub: 278     16:09     13 May 2022    
Ötən gün Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində erməni əsgərin ölüm hadisəsindən yeni detallar məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, hərbi hissədə əsgərlər arasında daxili mübahisə yaranıb və bundan sonra Argişti Yeğyanın meyiti tapılıb.

Nəşr bildirib ki, erməni əsgərin ölümü ilə bağlı intihara səbəb olma maddəsi ilə cinayət işi başlanıb və ölümlə bağlı həbslər gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin