Ordu.az xəbər verir ki, İrəvanda mitinq zamanı Daşnaksütun təşkilatının ali orqanının nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri İşxan Sağatelyan deyib.
Onun sözlərinə görə, düz bir il əvvəl xəyanətkar Ermənistan hakimiyyətinin əməlləri nəticəsində Azərbaycan Zəngəzura daxil olaraq Qaragölü ələ keçirib (azad edib – red.).
“Paşinyan müharibədə məğlubiyyətin günahını xalqın və ordunun üzərinə yıxmağa çalışmaqla həm də cinayət törədir. Bu müharibədə erməni xalqı və erməni ordusu məğlub olmadı, Nikol və onun dəstəsi məğlub oldu”, - deyə Sağatelyan qeyd edib.
Ermənistan parlamentinin vitse-spikeri bildirib ki, Nikol Paşinyan məğlubiyyət simvoludur.
Alpər Mövludoğlu
Ordu.az