“Hakimiyyət “Qarabağ Ermənistandır, vəssalam” düsturunu “Qarabağ Azərbaycandır, vəssalam” düsturu ilə əvəz edib” - Sağatelyan

2021/09/c1186-1632564313.jpg
Oxunub: 610     17:51     13 May 2022    
“Əvvəllər indiki Ermənistan hakimiyyəti “Qarabağ Ermənistandır, vəssalam” deyirdi, indi isə “Qarabağ Azərbaycandır, vəssalam” deyir. buna görə də hakimiyyətin uzaqlaşdırılmasına nail olmalıyıq, vəssalam”.

Ordu.az xəbər verir ki, İrəvanda mitinq zamanı Daşnaksütun təşkilatının ali orqanının nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri İşxan Sağatelyan deyib.

Onun sözlərinə görə, düz bir il əvvəl xəyanətkar Ermənistan hakimiyyətinin əməlləri nəticəsində Azərbaycan Zəngəzura daxil olaraq Qaragölü ələ keçirib (azad edib – red.).

“Paşinyan müharibədə məğlubiyyətin günahını xalqın və ordunun üzərinə yıxmağa çalışmaqla həm də cinayət törədir. Bu müharibədə erməni xalqı və erməni ordusu məğlub olmadı, Nikol və onun dəstəsi məğlub oldu”, - deyə Sağatelyan qeyd edib.

Ermənistan parlamentinin vitse-spikeri bildirib ki, Nikol Paşinyan məğlubiyyət simvoludur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin