“Hraparak”: Sarkisyan və Köçəryan razılığa gəlmədiyi müddətcə, hərəkat yeni vüsət almayacaq

2019/12/00-30-1575976183.jpg
Oxunub: 329     12:19     14 May 2022    
Müqavimət hərəkatındakı mənbələrimiz bildirirlər ki, hərəkatın kölgə benefisiarları Serj Sarkisyan və Robert Köçəryan müvəqqəti Baş nazir namizədliyi ilə bağlı razılığa gəlmədiyi müddətcə, hərəkat yeni vüsət almayacaq, ən yaxşı halda mövcud vəziyyət saxlanılacaq, lakin hərəkatın sönməsi çox mümkündür, çünki erməni xalqı insanların, şəxslərin arasınca getməyi sevir və ideya hazırda az adamı birləşdirir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, üstəlik, kimin müvəqqəti Baş nazir olacağı bəlli olmayanda meydandakı qüvvələr bütün imkanlarından istifadə etmirlər.

“Ermənistanın iki prezidentinin müzakirələri və planları barədə isə az adam məlumatlıdır. Deyilənə görə, Robert Köçəryanla Serj Sarkisyan arasında konsensus var ki, onların heç biri baş nazirliyə namizəd olmayacaq və onlar imkan daxilində siyasi cəhətdən neytral adam irəli sürməyə meyllidirlər. Bizə dedilər ki, keçmiş baş nazir Karen Karapetyanın namizədliyi müzakirə olunub, amma o, razılıq verməyib, keçmiş məmur mübarizəyə qarışmaq, ciddi məsuliyyət daşımaq istəmir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Köçəryan  


Bizi "telegram"da izləyin