Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Qeyd olunub ki, mitinqlərdə iştirak edən və küçələri bağlayan müxalifət fəalları ilə yanaşı deputatlar, məsələn, Seyran Ohanyan və Armen Gevorqyan da Ermənistan MTX-yə çağırılır.
“Məqsəd müxalifəti qorxutmaq, onları mitinqlərdən, küçələrin bağlanmasından müvəqqəti olaraq çəkindirməkdir, çünki onlara vacib sual vermirlər, sadəcə “dəqiqləşdirmələr” edirlər. İş bir ilə yaxın idi ki, dondurulmuşdu. İndi isə yenidən yadlarına düşüb. İlk qurbanlardan biri Daşnaksütun təşkilatının üzvü Gerasim Vardanyandır. Onu küçəni bağlayan zaman saxlayıblar, sonra 2020-ci il noyabrın 9-da kütləvi iğtişaşlar təşkil etmək və jurnalistin işinə mane olmaq əsası ilə açılmış cinayət işi çərçivəsində həbs ediblər. Məlum olur ki, MTX köhnə ittihamda müəyyən dəyişikliklər edib. MTX ittihamı sərtləşdirib ki, həbslə bağlı məhkəməyə vəsatət vermək üçün əsas olsun”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az