“Hraparak”: 9 noyabr işi şantaj vasitəsidir

2022/05/71047-1652437262.jpg
Oxunub: 339     11:20     14 May 2022    
Ermənistanda hakimiyyət müxalifətin aksiyalarına paralel olaraq yenidən cinayət işləri tətbiq etməyə başlayıb, bu günlərdə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə parlament binasına daxil olmaq və parlamentin ozamankı sədri Ararat Mirzoyanı döymək işləri üzrə açılmış cinayət işlərində adları hallanan müxalifətçilər Milli Təhlükəsizlik Xidmətinə çağrılır və dindirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, mitinqlərdə iştirak edən və küçələri bağlayan müxalifət fəalları ilə yanaşı deputatlar, məsələn, Seyran Ohanyan və Armen Gevorqyan da Ermənistan MTX-yə çağırılır.

“Məqsəd müxalifəti qorxutmaq, onları mitinqlərdən, küçələrin bağlanmasından müvəqqəti olaraq çəkindirməkdir, çünki onlara vacib sual vermirlər, sadəcə “dəqiqləşdirmələr” edirlər. İş bir ilə yaxın idi ki, dondurulmuşdu. İndi isə yenidən yadlarına düşüb. İlk qurbanlardan biri Daşnaksütun təşkilatının üzvü Gerasim Vardanyandır. Onu küçəni bağlayan zaman saxlayıblar, sonra 2020-ci il noyabrın 9-da kütləvi iğtişaşlar təşkil etmək və jurnalistin işinə mane olmaq əsası ilə açılmış cinayət işi çərçivəsində həbs ediblər. Məlum olur ki, MTX köhnə ittihamda müəyyən dəyişikliklər edib. MTX ittihamı sərtləşdirib ki, həbslə bağlı məhkəməyə vəsatət vermək üçün əsas olsun”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Cinayət  


Bizi "telegram"da izləyin