Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Civilnet.am” nəşri yazıb.
Qeyd olunub ki, Zod-Yuxarı Şorca sektorunda Azərbaycan Silahlı Qüvvələri ən azı 16 mövqeyi irəli çəkib.
“Məsafə və mövqelərin düzülüşü, eləcə də kənd sakinlərinin ifadələri göstərir ki, rəqib bu sektorda 4100 hektar ərazidə irəliləyərək təxminən 41 kvadrat kilometr irəli gəlib. Qaragöl ərazisinə gəlincə, Azərbaycan tərəfi 13 kvadrat kilometrdən və ya 1300 hektardan çox ərazidə irəliləyib. Ümumilikdə Azərbaycan Silahlı Qüvvələri Zod-Xəznivar sektrounda 54 kvadrat kilometrdən və ya 5400 hektardan çox ərazidə irəliləyib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az