Ermənistanda 44 günlük müharibənin iştirakçıları həbs edilir

2019/07/23599-1562841625.jpg
Oxunub: 374     17:15     13 May 2022    
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü, Geğam Manukyanın oğlu, 44 günlük müharibənin iştirakçısı Taron Manukyan həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Abqar Poğosyan “Facebook” səhifəsində yazıb.

“Daha bir qanunsuz qərar: 44 günlük müharibənin iştirakçısı Taron Manukyan həbs edildi”, - deyə o qeyd edib.

Daşnaksütun təşkilatının “Nikol Aşbalyan” tələbə birliyinin “Facebook” səhifəsində bildirilib ki, 44 günlük müharibənin iştirakçısı, Daşnaksütunun üzvü Vəlixan Xilqətyan heç bir əsaslamdırma olmadan evindən həbs edilib.

“Biz hüquq-mühafizə orqanlarını gündəlik qanunsuzluqlara son qoymağa çağırırıq. Heç bir təzyiq, heç bir zorakılıq bizi susdurmayacaq”, - deyə məlumatda qeyd olunub.

Daşnaksütun təşkilatının Ermənistan Gənclər Birliyi isə bildirib ki, birliyinin müharibə iştirakçısı olan 4 üzvü həbsdədir.

Erməni hüquqşünas Abqar Poğosyan “Facebook” səhifəsində yazıb ki, hakim siyasi sifariş yerinə yetirərək müharibə iştirakçısı olan Arsen Martoyanı həbs edib: “Şirak Regional Məhkəməsinin hakimi Avetisyan siyasi sifarişi yerinə yetirərək iki müharibənin iştirakçısı, yaralanmış Arsen Martoyanı həbs edib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Həbs  


Bizi "telegram"da izləyin