Ermənistan MN-in rəsmisinə qarşı külli miqdarda benzini mənimsəməklə bağlı ittiham irəli sürülüb

2019/06/17_09-1559548137.jpg
Oxunub: 325     16:56     13 May 2022    
Ermənistan MN-in rəsmisinə qarşı külli miqdarda dizel yanacağı və benzini mənimsəməklə bağlı ittiham irəli sürülüb. Cinayət işinin ibtidai istintaqı başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi üzrə əldə edilmiş kifayət qədər sübutlarla təsdiq edilib ki, A. P. 2021-ci il iyulun 1-dən dekabrın 13-dək Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanacaq-sürtkü materialları anbarının rəisi vəzifəsini tutaraq 2021-ci il iyulun 1-dən dekabrın 13-dək hərbi hissəyə ayrılmış 3 milyon manatdan artıq dəyəri olan dizel yanacağı və benzini mənimsəyib.

İttihama görə, A. P. 2021-ci il oktyabrın 31-dən dekabrın 6-dək Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanacaq-sürtkü materialları anbarının rəisi vəzifəsindən istifadə edərək Müdafiə Nazirliyinin hərbi hissəsinin yanacaq-sürtkü materialları anbarından 1228 kq dizel yanacağı, 3332 kq benzini, habelə başqa bir 2085 litr benzini mənimsəyib.

Qeyd olunan cinayət əməllərini törətdiyinə görə A. P. Ermənistan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə ittiham olunub.

Cinayət işinin ibtidai istintaqı başa çatıb. İş ittiham aktı ilə təsdiq edilərək məhkəməyə göndərilməsi barədə vəsatətlə nəzarəti həyata keçirən prokurora təhvil verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin