Ermənistan Baş nazirinə xidmət edən bir nömrəli bort yoxa çıxıb

2022/05/20216-1652436985.jpg
Oxunub: 361     11:51     14 May 2022    
Artıq təxminən 2 aydır ki, Nikol Paşinyana xidmət edən hökumət təyyarəsi, bir nömrəli bort yoxa çıxıb, hökumət və Mülki Aviasiya Komitəsi isə sadəcə olaraq məlumat verməkdən imtina edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri yazıb.

Qeyd olunub ki, üstəlik, Nikol Paşinyanın administrasiyası Ermənistan konstitusiyasını və “Məlumat azadlığı haqqında” qanunun tələblərini görməzdən gələrək yazılı sorğunu cavabsız qoyub.

Nəşr təyyarənin başqa yerdə olması barədə məlumatı hələ mart ayında əldə edib.

“Aprel-may aylarında Nikol Paşinyan iki dəfə Rusiyaya, oradan isə Hollandiyaya rəsmi səfər edib və səfər zamanı “Armenia” aviaşirkətinə məxsus təyyarədən istifadə edib. Paşinyanın aprelin 19-da Moskvaya səfərindən sonra Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyanın mətbuat məsələləri üzrə köməkçisi Lilit Ağabekyan bildirib ki, hökumət təyyarəsi texniki baxışdan keçir. Bir şey aydındır. Heç bir dövlət qurumu fəaliyyət göstərmir, heç bir qanuna əməl olunmur. Ölkədə anarxiya hökm sürür”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin