Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Nikolun parlamentdənkənar müştəriləri son günlər Rusiya əleyhinə bəyanatlar verirlər.
“Nikol hələ də susur, amma Rusiyaya qarşı olan ölkəyə səfər edir. Mən demişəm və deyirəm ki, Ermənistan müttəfiqi Rusiya ilə siyasi, təhlükəsizlik və iqtisadi əlaqələrini gücləndirməlidir. Bunun əksi Türkiyədir. Bəsdir NATO intriqalarında iştirak etdiniz, bununla Ermənistanı birbaşa Türkiyənin təsiri altına salırsınız. Və bunun baş verməməsi üçün Nikol hakimiyyətdən uzaqlaşdırılmalıdır”, - deyə Şarmazanov qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az