“Joğovurd”: Hələ də Ukrayna ermənilərinin mühasirədə qaldığı yerlər var

2022/05/78978-1652436698.jpg
Oxunub: 297     12:55     14 May 2022    
Ukraynadakı vəziyyət hələ də narahatvericidir. Hələ də Ukrayna ermənilərinin mühasirədə qaldığı yerlər var.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Ukrayna Erməniləri Birliyinin vitse-prezidenti Davit Mkrtçyan nəşrə açıqlamasında qeyd edib ki, həftədə bir və ya iki dəfə atəşə tutulma nəzərə alınmasa, Kiyev şəhərində nisbi sakitçilikdir.

“Sosial baxımdan vəziyyət çətindir. Şəhərdə yanacaq qıtlığı var, ona görə də bir çox mağazalar bağlanıb”, - deyə Mkrtçyan qeyd edib.

O bildirib ki, ümumi olaraq Ukraynada müharibə davam edir.

“Rusiya tərəfinin Mariupolda böyük problemi var və orada, Luqansk və Donetsk vilayətlərində ən qızğın döyüşlər gedir. Bir tərəfdən Rusiya tərəfindən irəliləyiş alınır, bir tərəfdən alınmır. Xarkovda raket atəşi davam edir, artıq uzaqdan bombalayırlar. Vəziyyət belədir və ümumi mənada ağırdır”, - deyə Mkrtçyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Ermənilər  


Bizi "telegram"da izləyin