Ermənistanın sabiq müdafiə nazirinin müavini: “Ordu qanayan yaraya çevrilib”

2021/10/77613-1634287548.jpg
Oxunub: 380     16:11     13 May 2022    
“Nikol Baş nazir olaraq MN-ə ilk dəfə 2018-ci il mayın 12-də daxil oldu, bu gün ordu qanayan yaraya çevrilib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə nazirinin müavini, Respublikaçılar Partiyasının üzvü Artak Zakaryan öz “Facebook” səhifəsində yazıb.

“2021-ci il mayın 12-də Azərbaycan bölmələri Qaragöl tərəfdən daxil oldular və bu günə kimi 45 kvadrat kilometrə yaxın ərazini əllərində saxlayırlar. Nikol və onun xuntası “hakimiyyət” olaraq hələ də Qarabağ və Ermənistan üçün təhlükələrdən biridir. Həmin təhlükə aradan qaldırılmayana qədər qalan xarici təhdidləri zərərsizləşdirmək mümkün olmayacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zakaryan  


Bizi "telegram"da izləyin