Ordu.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin qarşısında jurnalistlərə açıqlamasında məhv olmuş erməni hərbi qulluqçuların valideynlərinin nümayəndəsi, erməni vəkil Vahan Hovhannisyan deyib.
Onun sözlərinə görə, erməni hərbi qulluqçuların ölümündə günahkar Nikol Paşinyandır.
Hovhannisyan qeyd edib ki, Nikol Paşinyan dindiriləcək, onların vəsatəti təmin edilib.
“27 nəfər zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınıb, daha 15 nəfər təqdim edilib, proses davam edir. Hazırda Nikol Paşinyanın təqsirləndirilən şəxs qismində cəlb edilməsi məsələsi təxirə salınıb. Paşinyanın Ermənistanın heç bir vətəndaşı qarşısında heç bir üstünlüyü olmadığı üçün, xüsusən də onun əməllərində aşkar cinayət əlamətləri olduğundan onun dindirilməsinin istintaq şöbəsinin binasında həyata keçirilməsini izləyəcəyik”, - deyə Hovhannisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az