Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, ilkin məlumatlara görə, 2022-ci il mayın 11-də saat 10:15 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin atıcı-qumbaraatanın köməkçisi, məcburi müddətli hərbi qulluqçu, sıravi Argişti Armeni Yeğyan eyni hərbi hissənin döyüş mövqeyinin müşahidə məntəqəsində özünə təhkim edilmiş avtomatdan sinə nahiyəsinə atəş açaraq intihar edib.
Qeyd olunur ki, ibtidai istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az