Ordu.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin qarşısında jurnalistlərə açıqlamasında məhv edilmiş erməni hərbi qulluqçu Hakob Rostomyanın atası Ara Rostomyan deyib.
Rostomyanın sözlərinə görə, Ermənistanda ən yüksək vəzifəli şəxs Nikol Paşinyandır və o, parlamentdə hər şeyi etiraf edib.
“Həmin etiraf ifadəsindən sonra müstəntiqə dedik ki, onu təqsirləndirilən şəxs qismində cəlb edin, dindirin və həbs edin, bundan sonra proses getsin”, - deyə o bildirib.
Erməni hərbi qulluqçunun atası qeyd edib ki, onların tələbi Nikol Paşinyanın təqsirləndirilən şəxs kimi tanınması, dindirilməsi və həbs olunmasıdır.
Alpər Mövludoğlu
Ordu.az