Ordu.az xəbər verir ki, bundan əvvəl erməni hərbi qulluqçuların valideynləri övladlarının zərərçəkən, özlərinin isə erməni hərbi qulluqçuların hüquqi varisi kimi tanınması barədə hesabatı Ermənistan İstintaq Komitəsinə təqdim etmişdilər.
Məhv edilmiş erməni hərbi qulluqçu Edqar Zakaryanın atası Sevak Zakaryan Ermənistan İstintaq Komitəsinin qarşısında jurnalistlərə açıqlamasında deyib ki, Nikol Paşinyanın aprelin 13-də verdiyi bəyanat onlar üçün əsas olub.
“Müharibəni dayandıra bilərdi, amma dayandırmadı nə deməkdir? O uşaqlar lazımsız idilər? Dindirmə zamanı məndən soruşdular ki, oğlum harada, hansı hərbi hissədə xidmət edib, hansı şəraitdə dünyasını dəyişib. Bütün bunları və öz tələbimi təqdim etmişəm: Paşinyan müharibəni dayandıra bilərdi, amma dayandırmadı, onu məsuliyyətə cəlb edin”, - deyə Zakaryan qeyd edib.
Erməni hərbi qulluqçunun atası bildirib ki, oğlu 12 günün hərbi qulluqçusu olub və oğlunu ön xəttə aparıblar.
“Uşaq silahı necə tutacağını, hara atəş açacağını belə bilmirdi. 12 gündə nə öyrənməli idi? Cavab vermək lazımdır, ya yox? Uşaqlarımıza xəyanət ediblər”, - deyə Zakaryan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az