Ordu.az xəbər verir ki, Dendias Türkiyənin hərbi inventarını yeniləmək səylərinin Yunanıstan üçün “problem” yaratdığını bildirib.
Dendias qeyd edib ki, Yunanıstanın əldə etdiyi məlumata görə, Bayden administrasiyasının Konqresə göndərdiyi ilkin bildiriş yeni döyüş təyyarələrini deyil, radar və raketləri əhatə edir.
“ABŞ-dan aldığım məlumata görə, tamamlanmış sövdələşmə yoxdur. Bununla belə, Türkiyənin öz inventarını yeniləmək cəhdləri problem yaradır. Çünki Türkiyə Yunanıstanı müharibə ilə hədələyir. Bizim mövqeyimiz aydındır: Xeyr! Almaniya sualtı qayıqları ilə bağlı mövqeyimiz də aydındır: Xeyr! Bu, bizim mövqeyimizdir”, - deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyə ABŞ-dan F-16 döyüş təyyarələri üçün 400 milyon dollar dəyərində raket və radarlar tələb edib.
Sevinc Əliyeva
Ordu.az