Türkiyənin HHQ komandanı Britaniyaya səfər edib

2022/05/FSknD-1652423793.jpg
Oxunub: 308     11:46     13 May 2022    
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, general Həsən Küçükakyüz Britaniya Kral Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasını ziyarət edib.

Ordu.az xəbər verir ki, türkiyəli generalı Britaniya HHQ komandanı marşal Mayk Viqston qarşılayıb.

Komandanlar birlikdə Britaniya Kral Hərbi Hava Qüvvələrinin “Coningsby” aviabazasında olub.

Viqston 2020-ci ildə Türkiyəyə səfər edib. O, Türkiyəyə səfəri çərçivəsində Türkiyənin aerokosmik və müdafiə sənayesinin aparıcı şirkətlərindən biri olan TUSAŞ şirkətinə baş çəkib.

“Coningsby” aviabazasında Böyük Britaniyanın “Eurofighter Typhoon” döyüş təyyarələri parkı yerləşir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Türkiyə  


Bizi "telegram"da izləyin