Ordu.az xəbər verir ki, bu barədə “Army recognition” nəşri yazıb.
Bildirilir ki, “gəzən sursat”lar ABŞ Ordusu tərəfindən artıq sınaqdan keçirilib.
“Spike Firefly” dəqiqliklə zərbə endirmək üçün nəzərdə tutulmuş portativ “gəzən sursat”dır. Sistem şirkətin istehsal etdiyi “Spike” Tank Əleyhinə İdarəolunan Raket Kompleksləri (TƏİRK) ailəsinin tərkib hissəsidir.
Sistem hədəfləmə sensorları, çevik hədəfləri axtarmaq üçün nəzərdə tutulan sensorlar kimi bir sıra faydalı yüklər daşıyır.
Sevinc Əliyeva
Ordu.az