Rusiya Belarusa “İsgəndər” tipli raketlərin yaradılmasında kömək edəcək

2022/03/62606-1646111596.jpg
Oxunub: 356     15:22     13 May 2022    
Rusiya Belarusa “İsgəndər” Operativ Taktiki Raket Kompleksləri (OTRK) tipli raketlərin yaradılmasında kömək edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko builki dövlət müdafiə müqavilələrinin müzakirəsi ilə bağlı hökumətin konfransında məlumat verib.

Lukaşenko qeyd edib ki, Putin onun yanında Rusiyanın “Roskosmos” dövlət kosmik korporasiyasının rəhbəri Dmitri Roqozinə bu mövzu ilə bağlı Belarusa dərhal dəstək verməyi tapşırıb.

Onun sözlərinə görə, Belarus yeni raket hazırlayır: “Söhbət “İskəndər”ə bənzər çox təsirli raketdən gedir. Bununla bağlı bizə tam dəstək var”.

Keçən ilin noyabrında Lukaşenko Rusiyadan “İsgəndər” OTRK-ları almaq istədiyini bildirmişdi. Mayın 10-da keçirilən hökumət konfransında o, Belarusun yerli silah istehsalçılarına güvənməli olduğunu deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İsgəndər  


Bizi "telegram"da izləyin